Azərbaycan bazarını daha 2 Avropa şirkəti tərk edir

Azərbaycan bazarını daha 2 Avropa şirkəti tərk edir
09:52 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Avstriyanın "Vamed Engineering GmbH." şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 168 ünvanına bildirə bilərlər.
Bundan başqa, Polşaya məxsus "Ex Libris Polska" MMC-nin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Bütün borclular və kreditorlar bu gündən etibarən 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti,3 ünvanına müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-bazarini-daha-2-avropa-sirketi-terk-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR