Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Əsas diqqəti Azərbaycanla oyunda qələbəyə yönəltmişdik"

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Əsas diqqəti Azərbaycanla oyunda qələbəyə yönəltmişdik"

"Azərbaycanla səfər oyununun əhəmiyyəti böyükdür" (28 Mart 2017 14:52)
"Azərbaycanla oyun həlledici ola bilər" (28 Mart 2017 13:37)
FİFA millinin üzvünə 1 illik təzminat ödəyəcək (28 Mart 2017 13:05)

Tarix: 16 Noyabr 2016 10:12

Bakı. 16 noyabr. REPORT.AZ/ "Məğlubiyyətə görə məyus olmuşuq. Ağır oyun olacağını bilirdik". "Report"un məlumatına görə, bunu dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib.
47 yaşlı mütəxəssis noyabrın 11-də millimizə 4:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunla əlaqədar komandada yorğunluğun olduğunu bildirib: "Geriya baxdıqda razı ola bilərik. Hərçənd, bir az yorğunluq hiss olunur. Amma əsas diqqəti Azərbaycanla oyunda qələbə qazanmağa yönəltmişdik və bunu bacardıq".
Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu 2017-ci il martın 26-da evdə Norveçə qarşı keçirəcək. O Nil C qrupundakı V tur qarşılaşmasından da qalib ayrılaraq, ikinci pillədəki yerlərini möhkəmlətməyə çalışacaqlarını bildirib: "İlk dəfə idi ki, prinsipial oyundan sonra yoldaşlıq görüşü keçirirdik. İndi martda Norveçlə oynayacağımız qarşılaşmaya hazır olmalıyıq. Futbolçularıma da bunun bizim üçün böyük oyun olacağını demişəm. Hansı ki, növbəti qələbə bizə xallarımızı 10-a çatdırmaqda və vəziyyətimizi daha da yaxşılaşdırmaqda kömək edə bilər".
Qeyd edək ki, Maykl O Nil Azərbaycan millisi ilə oyunla müqayisədə heyətdə 5 dəyişiklik edib. Xorvatiya isə Şimali İrlandiyanın evdə 11 oyunluq məğlubiyyətsizlik seriyasını qırıb.

Teqlər:  Şimali İrlandiya yığmasının baş məşqçisi Əsas diqqəti Azərbaycanla oyunda qələbəyə yönəltmişdik



RƏYLƏR


Top xəbərlər