Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəşər Əsəd: "Tramp terrorla mübarizə aparacağı təqdirdə Suriyanın "təbii müttəfiqi" olacaq"

Bəşər Əsəd: "Tramp terrorla mübarizə aparacağı təqdirdə Suriyanın "təbii müttəfiqi" olacaq"

Date: 16 November 2016 10:22

Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp terrorçuluqla mübarizə aparacağı təqdirdə Dəməşqin "təbii müttəfiqi" olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə o, Portuqaliyanın "Rádio e Televisão de Portugal" dövlət radioteleviziya şirkətinə müsahibəsində bildirib.
"Biz hazırda onun nə etməyə hazırlaşdığını bilmirik, lakin əgər o, terrorçuluqla mübarizə aparacaqsa, əlbəttə ki, biz terrorçuluqla mübarizə aparan Rusiya və İranla olduğu kimi ABŞ-la da müttəfiq olacağıq", - deyə Əsəd əlavə edib.
Suriya prezidenti qeyd edib ki, o, Trampın terrorla mübarizəyə dair vədini tutacağına "skeptik" yanaşır, çünki ABŞ administrasiyası və Amerika KİV-i də daxil olmaqla bir çox qüvvələr "ona qarşı çıxış edirlər".
Bundan əvvəl Tramp bəyan edib ki, "Suriyada prezident Bəşər Əsədin devrilməsinə deyil, İŞİD-lə mübarizəyə diqqət yönəldəcək".

Milli.Az


Tags:  Bəşər Əsəd Tramp terrorla mübarizə aparacağı təqdirdə Suriyanın təbii müttəfiqi olacaq

RƏYLƏR


Top news