Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Date: 16 November 2016 10:22

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Şəmsəbad”, Qazax magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, “Köçəsgər” və “Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.                              


Tags:  Ağdaş Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

RƏYLƏR


Top news