Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müəllimlərin maaşı verilmədi: Bakı Təhsil İdarəsi isə əksini deyir...

Müəllimlərin maaşı verilmədi: Bakı Təhsil İdarəsi isə əksini deyir...

Date: 16 November 2016 10:22

Bakıdakı bəzi orta ümumtəhsil məktəblərində çalışan müəllimlər hələ də oktyabr ayının maaşını almayıblar. Maaş alan məktəblərin müəllimlərinə isə sentyabrda müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilməyib.

Milli.Az bildirir ki, bu haqda modern.az-a Suraxanı rayonundakı orta məktəblərdə çalışan müəllimlər məlumat veriblər.
Məsələ ilə bağlı sözügedən saytın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, bütün müəllimlərin maaşı verilib:
 
"2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatdıqdan sonra bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına  köçürülüb.
Eləcə də sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr verilib".

Milli.Az


Tags:  Müəllimlərin maaşı verilmədi Bakı Təhsil İdarəsi isə əksini deyir

RƏYLƏR


Top news