Məşhur aparıcının anasını öldürdülər: "Əməliyyatdan çıxan kimi dili qatlandı"

Məşhur aparıcının anasını öldürdülər: "Əməliyyatdan çıxan kimi dili qatlandı"
10:23 16 Noyabr 2016
3812 Şou
Ölkə mətbuatı
A- A+

Anasını itirən aparıcı Lətafət Ələkbərova anasının qəfil ölümündən şok keçirib.

Publika.az-a açıqlama verən aparıcı göz yaşları içərisində anasını həkimlərin öldürdüyünü deyib:

“Anam sapsağlam qadın idi, gözündə mirvari suyu vardı. Danışmışdıq, yaxşı həkim tapmışdıq, noyabrın 22-də əməliyyata ketməli idi. Bizdən xəbərsiz srağagün səhər tanımadığımız bir həkimin yanına gedərək əməliyyata girib. Adi lazer əməliyyatı onun ölümünə səbəb olub.

Əməliyyatdan çıxan kimi dili qatlanıb, dodağı göyərib və gözlərini əbədi yumub. Mən həmin an şok keçirdiiymdən nə baş verdiiyni anlamadım. Bilirəm ki, günahkar həkimlərdir, amma qorxuram bunu desəm, anamı qəbirdən çıxarıb yararlar. Mən buna dözə bilmərəm. Özümü bağışlaya bilmirəm, kaş həmin an anamın yanında olaydım, nələr baş verdiiyni biləydim. O, bizi aldatdı və xəlvət əməliyyata girdi, məni yetim qoydu”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR