Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əsəddən Trampa ilk MESAJ

Əsəddən Trampa ilk MESAJ

Date: 16 November 2016 10:33

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa ilk mesajını göndərib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriya lideri Portuqaliyanın RTP kanalına müsahibəsində ABŞ-la müttəfiq ola biləcəklərini deyib.

“Trampın nə edəcəyinə dair hələ bir şey söyləyə bilmərik. Amma əgər terrorçularla döyüşərsə, təbii ki, Rusiya, İran və digər bir çox ölkələr kimi müttəfiqimiz olar. Trampın Suriya ilə bağlı söylədikləri ümidvericidir, amma bunları həyata keçirə bilərmi? Ölkə rəhbərliyindəki əks qüvvələrlə, mediada ona qarşı çıxanlarla necə mübarizə aparacaq? Buna görə də vədlərini yerinə yetirib-yetirməyəcəyini bilmirik”, - deyə Bəşər Əsəd söyləyib.

Suriya prezidentinin sözlərinə görə, ABŞ özünü dünya jandarmı hesab edir. Amma Əsəd bunun belə olmadığını bildirib.

Ötən həftə “Wall Street Journal” nəşrinə müsahibə verən Donald Dəməşq rejiminə qarşı döyüşən müxalifətə edilən yardımın kəsilə biləcəyinə eyham vurub. O, həmçinin Əsədi kifayət qədər sevmədiyini vurğulayıb.

Ömər Dağlı


Tags:  Əsəddən Trampa ilk MESAJ

RƏYLƏR


Top news