Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obamanın Yunanıstana səfərinə etiraz - SƏBƏB - FOTOlar

Obamanın Yunanıstana səfərinə etiraz - SƏBƏB - FOTOlar

Date: 16 November 2016 10:37

ABŞ prezidenti Barak Obama Yunanıstanda rəsmi səfərdədir.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, onun Yunanıstana səfərinə qarşı şəhərin mərkəzi küçələrində etiraz aksiyası keçirilib.

Aksiyada 7 minə yaxın yunan iştirak edib. Aksiya iştirakçıları polislərə daşlar və "Molotov kokteyl"ləri atıblar.

Onlarla aksiya iştirakçısı tutulub.

Aksiyanın səbəbi isə Obamanın Yunanıstana 1973-cü ildə tələbələrin üsyanının hərbi xunta tərəfindən qan içində boğulmasının ildönümünə iki gün qalmış yollanmasıdır. Yunanıstandakı hərbi xuntanı Vaşinqton dəstəkləyirdi.

Səfər zamanı təhlükəsizliyi təmin etmək üçün 5 mindən çox polis səfərbər edilib. 

Qeyd edək ki, 1999-cu ildə Bill Klintonun Yunanıstana səfəri zamanı da belə iğtişaşlar baş vermişdi.

Bəxtiyar Umarlı
Milli.Az

























































Tags:  Obamanın Yunanıstana səfərinə etiraz SƏBƏB FOTOlar

RƏYLƏR


Top news