BBC Şimali Koreyadan veriliş yayımlayacaq

BBC Şimali Koreyadan veriliş yayımlayacaq
10:42 16 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Şimali Koreya sakinləri gündə iki dəfə, yarım saat BBC-nin radio yayımını dinləyəcəklər.
“Report” xəbər verir ki, 2017-ci ilin yazından BBC koreyaca da daxil olmaqla, daha 11 dildə - ahmar, qudcarati, iqbo, maratxi, oromo, picin, pəncab, teluqu, tiqrinya, yorubaca verilişlər yayımlayacaq.
Xəbərdə bildirlib ki, bu informasiya vasitəsinin KXDR-də ofisi yerləşəcək. Ölkə əhalisi BCC-nin videoyazıları və internet saytından da yararlanacaq. Bununla da ingiliscə də daxil olmaqla, BBC 40 dildə veriliş yayımlayacaq. Bu məqsədlə Britaniya hökuməti artıq 289 milyon funt sterlinq ayırıb.
Radionun dünya xəbər xidmətinin başçısı Fran Ansvort bildirib ki, 2022-ci ilə, radionun yaranmasının 100-cü ildönümünədək BBC-nin proqramlarından istifadə edənlərin sayını 500 milyona çatdırmaq niyyətindədirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bbc-simali-koreyadan-verilis-yayimlayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR