Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

21 yaşlı azərbaycanlı gəncin qeyri-adi bacarığı – VİDEO

21 yaşlı azərbaycanlı gəncin qeyri-adi bacarığı – VİDEO

Date: 16 November 2016 10:43

Bərdədə yaşayan 21 yaşlı Hüseyn Qarayev qeyri-adi bacarığı ilə hər kəsi heyrətləndirir.

“Xəzər xəbər”ə danışan gənc istənilən zəhərli ilanı əli ilə tutduğunu və təhlükəli sürünənləri evində saxladığını deyib.

Bərdənin Məhdixanlı kənd sakini olan H.Qarayev uşaqlıqdan ilanlarla oynamağı sevir. O, kənddə təsərrüfat işləri ilə məşğul olarkən qarşısına çıxan ilanları təhlükəsiz qaydada tutmağı da öyrənib.

Hüseyn tutduğu ilanların zəhərini çıxartdıqdan sonra evində saxlayıb, şəraitə uyğunlaşdırır. Lakin ailə üzvləri ilanlardan qorxduğu üçün onları yenidən çöllük ərazilərə buraxır.

Gəncin ilanlardan əlavə digər vəhşi heyvanlara da marağı var. Ancaq hələ ki, başqa heyvan tutub saxlamağa nail olmayıb.


Tags:  yaşlı azərbaycanlı gəncin qeyri-adi bacarığı VİDEO

RƏYLƏR


Top news