Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: İtaliya və Polşa klubları rəqibimiz ola bilər

Çempionlar Liqası: İtaliya və Polşa klubları rəqibimiz ola bilər

Date: 16 November 2016 10:57

Qadın voleybolçular arasında Çempionlar Liqasının III təsnifat mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk matçlarda gözlənilməz nəticələr qeydə alınmayıb.

Belə ki, "Sen-Rafael" (Fransa) və "Fənərbağça" (Türkiyə) ilə C qrupunda yer alan Super Liqanın qalibi "Azərreyl"in son rəqibi, çox güman ki, "Dabrova Qornitsa" olacaq. Polşa təmsilçisi səfərdə "Agel"i (Çexiya) məğlub edib.
 
Vitse-çempion "Telekom"a isə İtaliyanın "Modena" klubu rəqib olmağa yaxındır. Onlar ilk qarşılaşmada Fransa "Kann"ına "quru hesabla" qalib gəliblər. İtaliya təmsilçisi cavab matçında da eyni uğuru təkrarlayarasa, Bakı klubu, həmçinin "Ximik" (Polşa) və "Konegliano" (İtaliya) ilə qarşılaşmaq hüququ qazanacaq.
 
Digər cütlərdə isə "Əczaçıbaşı" (Türkiyə) və "Vizura" (Serbiya) qələbə qazanıblar.
 
Komandalar arasında ikinci matçlar noyabrın 19-da olacaq.
 
III təsnifat mərhələsi, ilk oyunlar
"Minçanka" (Belarus) - "Əczaçıbaşı" (Türkiyə) - 1:3 (22:25; 25:21; 11:25; 19:25)
"Agel" (Çexiya) - "Dabrova Qornitsa" (Polşa) - 1:3 (25:13; 19:25; 19:25; 17:25)
"Modena" (İtaliya) - "Kann" (Fransa) - 3:0 (25:19; 25:23; 25:16)
"Vizura" (Serbiya) - "Dinamo" (Krasnodar, Rusiya) - 3:2 (23:25; 25:21; 19:25; 25:19; 15:7)

Milli.Az


Tags:  Çempionlar Liqası İtaliya Polşa klubları rəqibimiz ola bilər

RƏYLƏR


Top news