Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın sonunun dəqiq tarixi açıqlandı

Dünyanın sonunun dəqiq tarixi açıqlandı

Date: 16 November 2016 11:08

Ən yaxın min ildə dünyanın məhvi qaçılmazdır.

Publika.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu sözləri britaniyalı alim Stiven Hokinq Oksford tələbə diskussiya cəmiyyətində çıxışı zamanı deyib.

Məşhur fizik əmindir ki, Yer kürəsində həyat nüvə müharibəsi, süni intellekt və ya genetik virusların fəaliyyətləri nəticəsində məhv olacaq. Stiven Hokinq insanları planetdən qaçmağa çağırıb və uzaq kosmik uçuşlar üçün yüksək texnologiyaların yaradılmasına ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, britaniyalı alim “Kosmik gəmini necə yaratmalı” kitabında da insanları yaşamaq üçün başqa planetlər axtarmağa çağırıb. Hokinq hesab edir ki, artıq Yerdə yaşamaq olduqca təhlükəlidir və bu təhlükə hər gün daha da artır. “Planetimizin hər hansı təbii və ya texnogen fəlakət nəticəsində məhvi an məsələsidir”,- deyə alim kitabında yazıb.

Ömər Dağlı


Tags:  Dünyanın sonunun dəqiq tarixi açıqlandı

RƏYLƏR


Top news