Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səs saldığı üçün bacısını öldürən qardaş məhkəmə qarşısında

Səs saldığı üçün bacısını öldürən qardaş məhkəmə qarşısında

Date: 16 November 2016 11:14

Səhər yuxusuna görə bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 23-ə təyin edilib.

 

Qeyd edək ki, qətl bu il mayın 26-da Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 36, mənzil 42 ünvanında baş verib. Səhər saatlarında Emin Çobanov münaqişə zəminində bacısı Rübabəyə mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ailənin yaxınları hadisənin qeyri-ciddi səbəblərdən baş verdiyini deyiblər. Onlar bildirib ki, hər şey səhər yuxusuna görə baş verib: "Bacısı səhər tezdən durub ki, hazırlaşsın işə getsin. Nəsə səs olub. Emin yerindən durub, gəlib deyib ki, niyə səs salırsan? Qız sonra oğlana deyib ki, niyə mən nəsə səs eləyəndə, deyirsən ki, səni təpiyimin altına salacağam? Oğlan da qayıdıb ki, az danış. Sonra da mübahisə başlayıb. Sonu da belə bitib”. Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində Emin Çobanov saxlanılıb. Qonşuların verdiyi məlumata görə, qardaşla bacı arasında bu cür mübahisələr tez-tez baş verib.


Tags:  Səs saldığı bacısını öldürən qardaş məhkəmə qarşısında


RƏYLƏR


Top news