Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənəcək

Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənəcək
11:17 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ "Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənməyə çalışacaq". 
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Infrastructure, Power & Renewable Energy Investment Conference"də çıxış edən Aİ-nin Azərbaycan üzrə rəhbəri Malena Mard deyib.
M.Mard, həmçinin Azərbaycanın Aİ üçün strateji tərəfdaş olduğunu da qeyd edib: "Avropa İttifaqının Azərbaycanla strateji əməkdaşlığı var və bu, stabil olaraq inkişaf edir. Onu da qeyd edim ki, Azərbaycanın ticarət əlaqələrinin təxminən 50%-i Avropa İttifaqı ölkələri ilədir".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/avropa-i-ttifaqi-asan-xidmet-in-tecrubesini-oyrenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR