Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda bir nəfəri öldürən, digərini isə bıçaqlayan şəxs haqda xəbər var (15 Mart 2017 22:12)
Bacısını qətlə yetirən Sabirabad sakininə məhkəmə "yox" dedi (15 Mart 2017 11:22)
Çempionun məhkəməsi başladı - NARKOTİK İTTİHAMI (14 Mart 2017 14:54)

Tarix: 16 Noyabr 2016 11:22

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il mayın 26-da Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 36, mənzil 42 ünvanında baş verib. Səhər saatlarında E.Çobanov münaqişə zəminində bacısı Rübabə Çobanovanı mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində E.Çobanov saxlanılıb.

Teqlər:  Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb



RƏYLƏR


Top xəbərlər