Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: "Azərbaycan müasir, dinamik inkişaf edən, böyük potensiala malik ölkədir"

İlham Əliyev: "Azərbaycan müasir, dinamik inkişaf edən, böyük potensiala malik ölkədir"

Date: 16 November 2016 11:22

Azərbaycan müasir, dinamik inkişaf edən, böyük potensiala malik ölkədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi 5 qitənin 100-dən çox aparıcı xəbər agentliyini təmsil edən, dünyanın 80 ölkəsindən təqribən 200 qonağı Bakıya toplayıb:

"Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq. Mən əminəm ki, qonaqlarımız nəinki gündəlikdəki vacib məsələləri müzakirə edəcək, eləcə də Azərbaycan haqqında daha çox öyrənəcək, ölkənin inkişafını görəcəklər".

Dövlət başçısı bildirib ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir, gələcək üçün böyük potensiala malikdir.

Milli.Az


Tags:  İlham Əliyev Azərbaycan müasir dinamik inkişaf edən böyük potensiala malik ölkədir

RƏYLƏR


Top news