Sosial şəbəkələrdə kimlər və nəyə görə cinayət məsuliyyətinə cəlb ediləcəklər?

Sosial şəbəkələrdə kimlər və nəyə görə cinayət məsuliyyətinə cəlb ediləcəklər?
11:42 16 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəbnəm Tovuzlu əsəbiləşdi (05 İyun 2017 10:42)
​Avtomobil ustalarının nəzərinə! (03 İyun 2017 13:17)
Deputat: "Sosial şəbəkələrdə qanunsuz dərmanları reklam edənlərə qarşı monitorinq aparılmalıdır" (01 İyun 2017 19:57)

Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə Cinayət Məcəlləsinə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə üçün məsuliyyət müəyyən edən yeni maddə təqdim edilib. Layihə ilkin olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclasında müzakirə ediləcəkdir.

Milli.Az xəbər verir ki, layihə barədə artıq mətbuatda bəzi dəqiq olmayan şərhlər müşahidə edildiyindən Komitənin üzvü Vüsal Hüseynov bununla bağlı məlumat və qısa fikirlərini paylaşıb.

Onun sözlərinə görə, layihənin məzmunu adı ilə tam uyğundur, yəni bu Qanun layihəsi qəbul edildiyi təqdirdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə cinayət məsuliyyəti yaradacaq və uyğun cəza növü ilə cəzalandırılacaqdır: "Burada saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə, internet informasiya ehtiyatlarında, o cümlədən, sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adları, profil və ya hesablar başa düşülür".

Millət vəkili qeyd edib ki, saxta ad, profil və hesabdan istifadə etməklə, hər hansı fikri paylaşma, tənqidi fikirlər bildirmə, kimisə tənqid etmə, yalan məlumat vermə, müzakirə etmə, ara qızışdıran çağırışlar və s. heç bir hallar bu maddənin təsiri altına düşmür:

"Burada yalnız böhtan və ya təhqir məqsədilə (hər ikisi mövcud Qanuna əsasən, cinayət hesab edilir) bu üsulun istifadəsi nəzərdə tutulur. Ümumən, layihəyə nəzər saldıqda, ilkin olaraq ictimai məlumat kimi əhəmiyyətli yenilik təəssüratı yaratsa da, hüquqi baxımdan hazırda mövcud məsuliyyət mexanizmlərinə əsasən, dəqiqləşdirmə və aydınlıq gətirməsini, qismən isə yenilik olmasını müşahidə edirik. Belə ki, mövcud Cinayət Məcəlləsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, KİV-də və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması cinayət kimi müəyyən edilir. Göründüyü kimi, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında təhqir üçün məsuliyyətə cəlb etmə imkanlarını Qanun müəyyən edib. İnternet həmçinin "Kütləvi informasya vasitələri haqqında" Qanuna əsasən də kütləvi informasiya vasitəsi hesab edilir. Yəni yeni layihə olmadan belə mövcud qanunvericilik əsasən imkan verir ki, bu hallarda məsuliyyətə cəlb edilmə təmin edlisin".

Lakin internetin, sosial şəbəkələrin inkişafı, geniş yayılması, texniki imkanları, təhqir etmə və böhtan atma hallarının yeni üsullarının yaranması və şəxslərə qarşı tətbiq edilməsini reallığa çevirib: "Qeyri-rəsmi statistik göstəricilərə əsasən, təkcə "Facebook"da saxta (fake) istifadəçilərin sayı istifadəçilərin ümumi sayının 5%-dən 10%-dək nisbətində dəyişir. 2016-cı ilin son rübü üçün "Facebook"da aylıq 1,79 milyard istifadəçinin olduğunu nəzərə alsaq, dünyada saxta "Facebook" hesablarının sayı 89-179 milyon arasında dəyişdiyini deyə bilərik. Azərbaycanda da sosial şəbəkələrdən istifadə edənlərin sayının, habelə bu şəbəkələrin insanların şəxsi məlumatlarına, şəxslərarası münasibətlərə, onların ləyaqətinə və işgüzar nüfuzuna təsir imkanlarının artması saxta istifadəçilərin bu şəbəkələrdən cinayət əməlləri üçün sui-istifadə etməsi hallarına qarşı tədbirləri şərtləndirir. Bu baxımdan təqdim edilən layihə həm də bu istiqamətdə atılan addım kimi qiymətləndirilməlidir".

V.Hüseynovun sözlərinə görə, bu gün şəxsin xəbəri olmadan onun adından saxta ad vasitəsilə kimsə təhqir edilə bilər. Bu imkanlar şəxsin kömpüterinə ondan xəbərsiz müdaxilə etməklə təhqir etməni (kimsə sizin açıq olan kompüter və hesabınızdan istifadə edir), kənar bir yerdə böyük rahatlıqla eyni adlı profili açma və təhqir etməni nəticə olaraq eyni səviyyəli əməl edir:

"Son dövlər belə halların sosial şəbəkələrdə artmasını və bunun bir sıra mənəvi, əxlaqi, fiziki olmaqla, mənfi təsirlər yaratmasını müşahidə edirik. Mətbuat və televiziyada dəfələrlə ölümlə nəticələnən halların ilkin olaraq sosial şəbəkədə təhqir və böhtan səbəbindən başlaması, daha sonra böyüyərək qanlı hadisə ilə nəticələnməsini müşahidə etmişik.

Bu Qanun layihəsi internetin, xüsusilə sosial şəbəkələrin imkanlarından istifadə etməklə, qəsdən və ya yalan olduğunu bilə-bilə saxta adlarla şəxslərin təhqir edilməsinin, böhtan atılmasının qarşısını alacaq, belə şəxsləri daha məsuliyyətli edəcək, sosial şəbəkələrin böhtan və təhqirlə bağlı hüquqi tənzimləmənin təsir dairəsinə salınmasını təmin edəcək və çəkindirici xüsusiyyəti olacaqdır. Bu üsuldan istifadə edən və ya nəzərdə tutan, bu yanaşmanı normal hesab edən, məqsədli şəkildə kimisə bu üsulla təhqir edən şəxslər bu Qanun layihəsinin qəbul edilməsindən narahat olmalı və artıq bilməlidirlər ki, bu hallar aşkar edilə bilər və müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər.

Son zamanlar dünyada media hüququ sahəsində tətbiq olunan yeni tənzimləmə mexanizmlərinin əksəriyyəti məhz sosial medianın əhatə dairəsinin, təsir və texniki imkanlarının genişlənməsinin nəticəsidir və bu yeniliklərə cavabdır. Təklif edilən layihə internet məkanında qanun pozuntularına qarşı daha səmərəli mübarizə aparılmasına xidmət edəcəkdir".
 

Pünhan Mirzə

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

​Venesuelada vəziyyət nəzarətdən çıxır -

25 İyun 2017 07:35

Yaponiyada zəlzələ baş verdi

25 İyun 2017 07:33

Türk rəssamın fantastik kollajları - FOTO

25 İyun 2017 07:32

Mosulda güclü partlayış olub: 12 ölü, 20 yaralı

25 İyun 2017 07:29

Yaponiya silkələndi

25 İyun 2017 07:09

Boksçu məşq zalından çıxarkən güllələndi

25 İyun 2017 06:53

İnterpolun rəhbəri dünya üçün 3 əsas təhdidi açıqladı

25 İyun 2017 06:39

Əsl evlərə bənzəyən kağız binalar - FOTO

25 İyun 2017 06:32

Həftə sonu istirahətinizə rəng qatacaq 10 ƏN YAXŞI RİYAZİ FİLM

25 İyun 2017 06:03

Bakıda yaşlı kişi küçədə bıçaqlanıb

25 İyun 2017 06:02

Altı yaşlı oğlan bacısını güllələdi

25 İyun 2017 05:59

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

25 İyun 2017 05:55

Pakistanda ölənlərin sayı 85-ə çatdı -

25 İyun 2017 05:51

70 yaşlı müğənni bikinili fotosunu paylaşdı

25 İyun 2017 05:44

Qırmızı işıqda keçdi, qəza törətdi - Xəsarət alanlar var - FOTO/VİDEO

25 İyun 2017 05:23

Ulduz futbolçu karyerasını bitirdi - VİDEO

25 İyun 2017 04:58

Türkiyədə növbəti zəhərlənmə qalmaqalı - 10 əsgər...

25 İyun 2017 04:33

Saqqalı qırxan kişi necə dəyişir? - FOTO

25 İyun 2017 04:32

Rusiya mübarizəni dayandırdı -

25 İyun 2017 04:30

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsertlə çıxış ediblər FOTOSESSİYA

25 İyun 2017 04:15

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb

25 İyun 2017 04:12

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 04:09

İranda bir qrup terrorçu saxlanıldı

25 İyun 2017 03:58

Abşeronda yanğın olub

25 İyun 2017 03:50

Çindən tələfat xəbəri gəldi -

25 İyun 2017 03:42

Toyların unikal fotolarını çəkir - FOTO

25 İyun 2017 03:32

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 02:54

Dənizdə bir nəfər itkin düşdü

25 İyun 2017 02:35

Sehrli aləmlərdəki meşə pəriləri - FOTO

25 İyun 2017 02:32

İsrail Suriyada yaşayış evlərini raket atəşinə tutub, azı 25 nəfər yaralanıb

25 İyun 2017 02:12

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır"

25 İyun 2017 01:52

Misir prezidenti adaları Səudiyyəyə verildi

25 İyun 2017 01:43

İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

25 İyun 2017 01:32

Evdə doğan sevgitlisinin fotolarını çəkdi - FOTO

25 İyun 2017 01:32

Gəncədə yanğın -

25 İyun 2017 01:28

Suriya ordusu Deyr-əz-Zora hücumun qarşısını alıb, 20 terrorçu öldürülüb

25 İyun 2017 01:17

İmişlidə oğurluq edən iki qardaş tutuldu

25 İyun 2017 01:13

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

25 İyun 2017 00:32

Londonda növbəti həyəcan -

25 İyun 2017 00:24

Astroloji proqnoz - 25 iyun

25 İyun 2017 00:13

Günün qoroskopu: xaotik hərəkətlərdən çəkinin

25 İyun 2017 00:05

Dənizdə batan şəxsin axtarışı aparılır

25 İyun 2017 00:04

Jobs iPhone-nu kimin acığına yaratmışdı?

24 İyun 2017 23:57

SSRİ-nin qızları - FOTO

24 İyun 2017 23:52

Duzlaşmaya qarşı hansı qidanı istehlak edək

24 İyun 2017 23:47

Dənizdə bir nəfər batıb, axtarış aparılır

24 İyun 2017 23:47

Xanıma ərinin gözləri qarşısında təcavüz etdilər -

24 İyun 2017 23:46

Kiyevdə deputat yol qəzasında ölüb

24 İyun 2017 23:42

SSRİ casuslarının taleyi necə oldu?

24 İyun 2017 23:42

Bakıda “Formula-1”in yuxuluları - FOTO

24 İyun 2017 23:37