Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

2 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Date: 16 November 2016 11:49

Daxili Işlər Nazirliyi Ağsuda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 15-də saat 16 radələrində Ağsu rayonunun Padar kəndində rayon sakini Anar Osmanovun idarə etdiyi "Niva" və Cəbrayıl rayon sakini Rövşən Behbudovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə A.Osmanovun sərnişini, Nəmirli kənd sakini Əhməd Məmmədov və R.Behbudovun sərnişini, Oğuz rayon sakini Rasim Əliyev hadisə yerində ölüb. Hər iki sürücü isə xəstəxanaya yerləşdirilib.

 

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Tags:  nəfərin öldüyü dəhşətli hadisə bağlı RƏSMİ MƏLUMAT


RƏYLƏR


Top news