Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bacısını qətlə yetirən qardaşın məhkəməsi başlayıb

Bacısını qətlə yetirən qardaşın məhkəməsi başlayıb

Date: 16 November 2016 11:57

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 23-nə təyin edilib.

İttihama görə, bu il mayın 26-da Nərimanov rayonu Faiq Yusifov küçəsi, bina 36, mənzil 42 ünvanında E.Çobanov münaqişə zəminində bacısı Rübabəyə mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib. Keçirilən əməliyyat tədbirləri nəticəsində E.Çobanov saxlanılıb.

Milli.Az


Tags:  Bacısını qətlə yetirən qardaşın məhkəməsi başlayıb

RƏYLƏR


Top news