BANM-in əcnəbi tələbəsi: "Azərbaycan doğma vətənimdir deyə bilərəm"

BANM-in əcnəbi tələbəsi: "Azərbaycan doğma vətənimdir deyə bilərəm"
11:57 16 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) əcnəbi tələbəsi, Neft-qaz mühəndisliyi ixtisası üzrə II kursda təhsil alan Entoni-Mario Suares Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı ilə həmsöhbət olub. "Report" həmin müsahibəni təqdim edir. 
- Entoni, neçə ildir Azərbaycandasınız? Ölkəmiz haqqında nə deyə bilərsiniz?
- Mən 20 ildir ki, Azərbaycanda yaşayıram. 1996-ci il sentyabrın 3-də Bakıda anadan olmuşam. Bakı çox gözəl bir şəhərdir. Bu şəhər demək olar ki, meqapolisə çevrilməkdədir. Alov qüllələri, Dövlət Bayrağı Meydanı, “Crystal Hall”, Heydər Əliyev Mərkəzi müasir Bakımızın rəmzlərinə çevrilib. Azərbaycan xalqının çox qonaqpərvər və mehriban xalq olduğunu da xüsusilə vurğulamaq istərdim. Bir sözlə, Azərbaycan mənim doğma vətənimdir deyə bilərəm.
- Niyə məhz BANM-i seçdiniz?
- Mən 4 il Bakı Oksford Məktəbində oxumuşam və bu 4 il ərzində dərslər ingilis dilində keçirilirdi. Məktəbi bitirdikdən sonra mən öz təhsilimi İngiltərədə dəvam etdirdim. Bir il hazırlıq proqramı oxuduqdan sonra Azərbaycana qayıtdım. Mən Azərbaycanda belə bir ali təhsil müəssisəsi açıldığını öyrəndim və İngiltərədə oxumaq əvəzinə, BANM-ə daxil olmağı seçdim.
- Bir müddətdir dərslər başlayıb. Sizin üçün burada oxumaq çətin deyil ki?
- Əvvəl fikirləşirdim ki, BANM-də oxumaq çətin olmayacaq. Çünki mən orta məktəbdə ingilis dilində təhsil almışam və burada da dərslər ingilis dilində keçirilir. Amma indi görürəm ki, oxumaq həqiqətən də çətindir. Bununla belə, bilirəm ki, əvvəl oxumaq həmişə çətin olur, amma zaman keçdikcə insan bu çətinliyə də alışır və asan olur.
- Çətinlik çəkəndə Ali Məktəbi seçdiyinizə peşman olmadınız ki?
- Əlbəttə xeyr. Fikrimcə, insan peşman olmaq yerinə, verdiyi qərarda qətiyyətli olmalı və bu istəyində müvəffəq olması üçün var gücü ilə çalışmalıdır.
- Ən böyük arzunuz nədir?
- Ən böyük arzum yüksək ixtisaslı mühəndis olmaq və valideynlərim üçün dəstək olmaqdır. BANM-də təhsilin ingilis dilində olması, eləcə də proqramların beynəlxalq standartlara cavab verməsinin mənim bu arzumun reallaşmasında böyük rolu olacaq.
- Hobbiniz varmı və əgər varsa hansılardır?
- Əlbəttə, var. Basketbol, futbol, cüdo kimi idman növləri ilə məşğul olmaq əsas hobbilərimdəndir.
- Başqa hansı maraqlarınız var?
- Dünya ədəbiyyatını oxuyuram və dünya tarixinı öyrənməyə həvəsim var.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Məşhurların şəxsi təyyarələri - FOTOLAR

31 Mart 2017 04:48

Kamçatka silkələndi

31 Mart 2017 04:34

Aleksis Sançezin transferi ilə bağlı üstüörtülü açıqlaması

31 Mart 2017 04:32

“Ölüm mələyi”ni kamerada döyüb öldürdülər

31 Mart 2017 04:09

Bakıda avtobus piyadanı vurdu

31 Mart 2017 03:53

Qəbələdə kişi həyat yoldaşını qətlə yetirib

31 Mart 2017 03:45

Ollandın “Feysbuk” səhifəsi dağıdıldı

31 Mart 2017 03:44

Fars Körfəzində villa - FOTO

31 Mart 2017 03:32

Rusiyada güclü zəlzələ oldu

31 Mart 2017 03:28

Şamaxıda 2 ev yandı

31 Mart 2017 03:14

Tarixin ən qanlı müharibələri - FOTOLAR

31 Mart 2017 02:58

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32