Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rəşad Sadıqovdan uzaqlaşıb, Hassana yaxınlaşır

Rəşad Sadıqovdan uzaqlaşıb, Hassana yaxınlaşır

Date: 16 November 2016 12:05

İtaliya millisinin qapıçısı Canluici Buffon ispaniyalı həmkarı İker Kasilyasa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, veteran qolkiper Almaniya ilə yoldaşlıq görüşündə 167-ci dəfə "Skuadra Adzurra"nın formasını geyinməklə buna nail olub.

Avropa yığmalarındakı futbolçular arasında Kasilyasla yanaşı, latviyalı sabiq yarımmüdafiəçi Vitali Astafyev də eyni sayda oyun keçirib. Bu məsələdə rekord isə misirli Ahmed Hassana məxsusdur. Keçmiş yarımmüdafiəçi Misir yığmasının heyətində 184 görüşdə iştirak edib. Dünya çempionatının sonuna qədər milli karyerasını davam etdirəcəyini söyləyən 38 yaşlı Buffonun isə bu rekordu yeniləməsi istisna deyil.
 
Ancaq Canluici öncə Klaudio Suares (Meksika - 178 oyun), Mohammed əl-Daya (Səudiyyə Ərəbistanı - 172) və İvan Urtadoya (Ekvador - 168) çatmalıdır.
 
Qeyd edək ki, Azərbaycan millisində ən çox oyun keçirən futbolçu Rəşad Sadıqovdur. Yığmamızın kapitanı 105 görüşdə meydana çıxıb. Qapıçılarımız arasında isə Kamran Ağayev liderdir. Ağayev çərçivəni qoruduğu 64 qarşılaşmada qapısında 97 qol görüb.

Milli.Az


Tags:  Rəşad Sadıqovdan uzaqlaşıb Hassana yaxınlaşır

RƏYLƏR


Top news