Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda neft məhsullarının istehlakı 23% artıb

Azərbaycanda neft məhsullarının istehlakı 23% artıb

Date: 16 November 2016 12:07

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 3,3 mln. ton olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehlakı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb.
Ümumi istehlakın 932,2 min tonunu, yaxud da 28,3%-ni avtomobil benzini təşkil edib. Ölkədə bu ilin 9 ayında avtomobil benzinin istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalıb.
Bu ilin yanvar-sentyabr ayları ərzində neft məhsullarının ümumi istehlakının 25%-ni mazut yanacağı, 23,5%-ni dizel yanacağı, 7,2%-ni aviasiya üçün və sair ağ neft, 4,1%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 4,2%-ni neft bitumu, 3,6%-ni digər neft məhsulları, 3,1%-ni maye qaz, 1%-ni isə sürtkü yağları təşkil edib. Belə ki, hesabat dövründə 825,8 min ton mazut yanacağı, 776,9 min ton dizel yanacağı, 236,3 min ton aviasiya və sair ağ neft, 134,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 137,8 min ton neft bitumu, 117,9 min ton digər neft məhsulları,102,4 min ton maye qaz, 32,6 min ton sürtkü yağları istehlak olunub. Dizel yanacağının istehlakı 1,5%, mazut yanacağı - 2,3 dəfə, aviasiya üçün və sair ağ neft - 59,7%, neft bitumu - 9,2%, maye qaz - 18,6%, sürtkü yağları - 3,5%, digər neft məhsullarının iistehlakı 3,1 dəfə artıb. Neft-kimya sənayesində istifadə üçün benzin istehlakı isə 14,7% azalıb.


Tags:  Azərbaycanda neft məhsullarının istehlakı 23 artıb

RƏYLƏR


Top news