Azərbaycanda təbii qaz ehtiyatlarının 3,3%-i itkiyə gedir

Azərbaycanda təbii qaz ehtiyatlarının 3,3%-i itkiyə gedir
12:14 16 Noyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 15,9 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 87,8%-i hasilatın, 12,2%-i isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, təbii qaz ehtiyatlarının 42,9%-i ölkə daxilində istehlak edilib, 36,2%-i ixrac olunub, 3,3%-i itkilər təşkil edib, 17,6%-i isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 mlrd. 581 mln. kVt/saat elektrik və 129,2 min Q.kalori istilik enerjisindən, 95,1 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 13%, istilik enerjisindən 5,6% çox, təbii qazdan isə 0,1% az istifadə edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR