Türkiyəli müğənni Rafet El Romanın Bakı konsertinə sayılı günlər qalıb.
Axşam.az-ın məlumatına görə, ifaçı paytaxtımıza orkestrı ilə birlikdə gələcək. O, gecədə yeni və sevilən mahnılarını səsləndirəcək.
Dekabrın 20-də Heydər Əliyev Sarayında baş tutacaq konsertin təşkilatçısı Nahid Emiloğludur.
Tədbirin aparıcılığı Nanə Ağamalıyevaya həvalə olunub.