Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 40 yaşlı kişi yaşadığı evdə bıçaqlanıb

Bakıda 40 yaşlı kişi yaşadığı evdə bıçaqlanıb

Date: 16 November 2016 12:17

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakıda 40 yaşlı kişi yaşadığı evdə bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən Şəfəq düşərgəsində baş verib.
Orada yaşayan 1976-cı il təvəllüdlü Elbrus Rüstəmov yaşadığı evdə bıçaqlanıb. Ağır xəsarət alan E.Rüstəmov Sumqayıt Travmatologiya Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Rüstəmovun vəziyyəti ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Tags:  Bakıda 40 yaşlı kişi yaşadığı evdə bıçaqlanıb

RƏYLƏR


Top news