Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ağsuda AĞIR YOL QƏZASI: 2 ölü, 2 yaralı

Ağsuda AĞIR YOL QƏZASI: 2 ölü, 2 yaralı

Date: 16 November 2016 12:22

Ağsuda ağır yol qəzası baş verib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 15-də saat 16 radələrində Ağsu rayonunun Padar kəndində rayon sakini Anar Osmanovun idarə etdiyi "Niva" və Cəbrayıl rayon sakini Rövşən Behbudovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə A.Osmanovun sərnişini, Nəmirli kənd sakini Əhməd Məmmədov və R.Behbudovun sərnişini, Oğuz rayon sakini Rasim Əliyev hadisə yerində ölüblər, hər iki sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Tags:  Ağsuda AĞIR YOL QƏZASI ölü yaralı

RƏYLƏR


Top news