Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erik Nilen: "Bu tədbirlərdə mühüm müzakirələrin aparılması ev sahibliyi edən ölkə üçün vacibdir"

Erik Nilen: "Bu tədbirlərdə mühüm müzakirələrin aparılması ev sahibliyi edən ölkə üçün vacibdir"

Date: 16 November 2016 12:22

"Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının Azərbaycanda keçirilməsi dünya xəbər agentliklərinin qlobal görüşü və mövcud çağırışları müzakirə etməsi üçün gözəl bir imkandır".

Milli.Az bildirir ki, bunu Trend-ə Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Erik Nilen deyib.

E.Nilen bildirib ki, bu cür görüşlərdə dünya xəbər agentlikləri üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur və müxtəlif qərarlar qəbul edilir. E.Nilen tədbirin Azərbaycan üçün əhəmiyyətindən də danışıb. O qeyd edib ki, belə tədbirlərin keçirilməsi və mühüm müzakirələrin aparılması ev sahibliyi edən ölkə üçün də vacib əhəmiyyət daşıyır.

E.Nilen bildirib ki, dünyanın xəbər agentliklərinin nümayəndələri Azərbaycana gəlir və bu ölkəni daha yaxından tanıyırlar. O deyib ki, bu, ölkənin beynəlxalq nüfuzunu artırır.

Milli.Az


Tags:  Erik Nilen Bu tədbirlərdə mühüm müzakirələrin aparılması ev sahibliyi edən ölkə vacibdir

RƏYLƏR


Top news