Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Amerika parçalanır: yeni prezidenti tanımırlar

Amerika parçalanır: yeni prezidenti tanımırlar

Date: 16 November 2016 12:23

ABŞ-ın yeni prezidenti Donald Trampın miqrantlarla bağlı mövqeyi bir çox dövlət strukturları tərəfindən qəbul olunmur.

Publika.az
xəbər verir ki, Los Anceles polisinin şefi Çarki Bek deyib ki, miqrantlarla bağlı məsələdə planlarını dəyişdirməyəcəklər.

Polis şefi Trampla birlikdə hərəkət etməyəcəklərini vurğulayıb.

“Ölkənin təhlükəsizliyi ilə bağlı məsələdə Trampla birlikdə işləməyəcəyik. Biz öz işimizi görəcəyik”, - deyə o bildirib.

D.Tramp qanunsuz miqrantlarla bağlı məsələni şərh edərkən “ya deportasiya edəcəyik, ya da həbs olunacaq” deyə bildirmişdi.

Ekspertlər yerli qrumlarla yeni prezidentin mövqelərinin uzlaşmamasını, xüsusilə bunun açıq etiraz formasında dilə gətirilməsini ABŞ-ın parçalanma mərhələsinə qədəm qoyması kimi qiymətləndirirlər.

Asif


Tags:  Amerika parçalanır yeni prezidenti tanımırlar

RƏYLƏR


Top news