APA 12 yaşını qeyd edir

APA 12 yaşını qeyd edir
12:26 16 Noyabr 2016
56 Şou
Ölkə mətbuatı
A- A+

"Azəri-Press" Agentliyinin (APA) fəaliyyətə başlamasından 12 il ötür.

Agentlik 2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayıb.

Agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, İran, Gürcüstan, Mərkəzi Asiya, Fransa və ABŞ-da ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər. Agentliyin Avropa Şurasında ofisi fəaliyyət göstərir.

APA “Global Certfication Limited” şirkətinin “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb.

Agentlik 2012-ci ildən etibarən “APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.

Axşam.az kollektivi adından həmkarlarımızı təbrik edirik.

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR