Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq rəssamı Maral Rəhmanzadənin 100 illiyi münasibətilə sərgi açılıb

Xalq rəssamı Maral Rəhmanzadənin 100 illiyi münasibətilə sərgi açılıb

Date: 16 November 2016 12:27

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində noyabrın 15-də xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyi münasibətilə xatirə sərgisinin açılışı olub.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məşhur rəssam, rəngkar və qrafik Maral Rəhmanzadənin incəsənət tariximizdə tutduğu yerdən bəhs edib. O bildirib ki, rəssam xalqımızın çoxəsrlik mədəniyyətində özünə əbədilik qazanmış şəxsiyyətlərdəndir.
Sərgidə çıxış edən Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov qeyd edib ki, M.Rəhmanzadə "Neft daşları"ndan əsərlər çəkən ilk rəssam olub.
Sərgidə rəssamın realizm üslubunda işlədiyi ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.
Rəssamın “Dağ mənzərəsi”, “Göygöl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları”, “Xınalıq kəndi”, “Dağlar”, “Tarla sahibələri”, “Çayçı qızlar”, “Günəşin şirəsi” kimi 80-dən çox əsəri ziyarətçilərin ixtiyarına verilib.
Sərgi noyabrın 19-na qədər davam edəcək.


Tags:  Xalq rəssamı Maral Rəhmanzadənin 100 illiyi münasibətilə sərgi açılıb

RƏYLƏR


Top news