Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Müəllif Hüquqları Agentliyinin 5 elektron xidməti yeniləndi

Müəllif Hüquqları Agentliyinin 5 elektron xidməti yeniləndi

Xidmətlərin bir hissəsi ödənişli olacaq - Müəllif Hüquqları Agentliyində (03 Mart 2017 16:32)
Müəllif Hüquqları Agentliyi: Publik hüquqi şəxs kimi fəaliyyət göstərə bilməyimiz üçün qanunda dəyişikliklər edilməlidir (03 Mart 2017 15:17)
Müəllif Hüquqları Agentliyinin sədri: "Bundan sonra hər bir xidmətə görə haqq alınacaq" (01 Mart 2017 13:12)

Tarix: 16 Noyabr 2016 12:35

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin "Elektron hökumət" portalında mövcud olan 5 elektron xidməti yenilənib.

Yenilənən xidmətlərə "Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu", "İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu", "Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu", "Müəlliflik hüququ obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu" və "Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu" daxildir.


 
 
















Adıçəkilən xidmətlər istifadəçi rahatlığı təmin edilməklə, daha da optimallaşdırılıb, istifadəçilərə elektron xidmətin göstərilməsinin gedişatı barədə elektron məlumat almaq imkanı yaradılıb.
 
Qurumun təqdim etdiyi xidmətlər qeydiyyatlı olduğundan xidmətdən istifadə etmək üçün "Elektron hökumət" portalında qeydiyyatdan keçmək vacib şərtdir.
 
Sözügedən qurumun elektron xidmətlərində müəlliflik hüququ obyektlərinin qeydiyyatı qaydaları, təlimatı, ərizə blanklarının elektron forması yerləşdirilib. Həmçinin şəxslərin elektron xidmətlər bölməsindən maneəsiz, sərbəst istifadəsi, eləcə də elektron müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilib.



Teqlər:  Müəllif Hüquqları Agentliyinin elektron xidməti yeniləndi



RƏYLƏR


Top xəbərlər