Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" "Trabzospor"a rəqib oldu

"Qalatasaray" "Trabzospor"a rəqib oldu

Date: 16 November 2016 12:37

Türkiyənin "Trabzonspor" klubu dövrələrarası fasilə üçün transfer hazırlıqlarını gizlicə davam etdirir. 


Fanat.Az xəbər verir ki, Trabzon təmsilçisi "Fortuna Düsseldorf"da forma geyinən gənc müdafiəçi Kaan Ayhanı heyətinə qatmaq üçün fəaliyyətə keçib. 


Bu oyunçunu ən pis halda icarə əsasında belə transfer etməyə razı olan "Trabzonspor"a "Qalatasaray" rəqib olub. 


"Sarı-qırmızılı" klubun rəhbərliyinin də Kaan üçün danışıqlara başlaması "bordo-mavili"lərdə panika yaradıb. 


Baş məşqçi Ersun Yanal və skaut heyətinin Kaan Ayhanı almaq üçün bütün imkanlardan istifadə edəcəkləri deyilir. Lakin "Qalatasaray"ın da araya girdiyi üçün "Trabzospor" rəhbərliyi yenidən irəli atılmaq qərarına gəlib. 


"Trabzonspor" prezidenti Muharrem Usta Kaanı çox bəyəndiyini və alman klubu ilə şəxsən bir masa arasına əyləşməyi planlaşdırdığı məlum olub. 


Bu futbolçu üçün skaut heyətinin də razılıq verəcəyi halda prezidentin lazımlı addımlar atacağı söylənilir. 


Fanat.Az


Tags:  Qalatasaray Trabzospora rəqib oldu

RƏYLƏR


Top news