UNESCO: "Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi dünya KİV-ləri üçün mühüm hadisədir" - FOTO

UNESCO: "Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi dünya KİV-ləri üçün mühüm hadisədir" - FOTO
12:37 16 Noyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi bütün dünya KİV-ləri üçün mühüm hadisədir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışı zamanı deyib.

Q.Enqida bildirib ki, bu tədbir infiormasiya agentliklərinin rəhbərləri və redaktorları üçün bir yerə yığışıb təcrübələrini bölüşmək baxımından gözəl imkandır.

UNESCO baş direktorunun müavini Bakının möhtəşəm və gözəl şəhər olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR