Rusiyalı deputatdan mühüm açıqlama: "İraq və Suriyanın şimalı türk torpaqlarıdır"

Rusiyalı deputatdan mühüm açıqlama: "İraq və Suriyanın şimalı türk torpaqlarıdır"
12:47 16 Noyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Yaxın Şərq bölgəsinin vaxtilə Osmanlı torpağı olduğunu deyib. O, əlavə edib ki, Türkiyənin İraqın və Suriyanın şimalında tarixi haqqı var.

Milli.Az sputnik-ə istinadən xəbər verir ki, Jirinovski bu barədə Rossiya 1 telekanalında yayımlanan "Veçer" proqramında danışıb. "Türklər İraqın və Suriyanın şimalını birləşdirmək istəyirlər. Onların buna haqqı çatır", - Jirinovski qeyd edib. "Daha əvvəl bu torpaqlar Osmanlı İmperatorluğuna aid idi. Lozanna müqaviləsindən sonra sərhədlər dəyişdi. Bu da türklərin mənafeyinə cavab vermir", - deyə partiya rəhbəri bildirib. Vladimir Jirinovski sözlərinin davamında deyib: "Türkiyə üçün İraqın və Suriyanın şimalı, bizim Krım və Donbas kimidir. Türkiyə orada etmək istədiyini etsin, biz isə buna gözlərimizi bağlayaq".

Onun sözlərinə görə, burada söhbət İraqın və Suriyanın şimalından gedir: "Bu bölgələr Moskvadan idarə edilə bilməz ki. Bu barədə Rusiya olaraq düşünməyimiz lazımdır". "Rusiya üçün Krım və Donbass nə anlama gəlirsə, Türkiyə üçün də İraqın və Suriyanın şimalı elədir. Krım və Donbas rus dünyasının bir parçasıdır. Orada hər zaman ruslar yaşadılar. Şimali İraq və Şimali Suriya da türk torpaqları idi. Ona görə düşünürəm ki, Rusiya və Türkiyə o bölgələr barədə razılaşmalıdır", - siyasətçi vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR