Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Associated Press"in vitse-prezidenti: "Azərbaycanda dinamik inkişaf var"

"Associated Press"in vitse-prezidenti: "Azərbaycanda dinamik inkişaf var"

Date: 16 November 2016 13:12

"Azərbaycan bu gün mətbuat aləmində çox mühüm bir tədbirə ev sahibliyi edir, bu tədbir, demək olar ki, bütün dünya informasya agentliklərini birləşdirir".

Milli.Az bildirir ki, bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında "Associated Press" agentliyinin vitse-prezidenti Con Danişevski deyib.

O qeyd edib: "Bu çox əlamətdar hadisədir, belə ki, azad mətbuatın problemlərini müzakirə etməyə imkan verir".

Onun sözlərinə görə, bu tədbir həmçinin burada iştirak edən şəxslərə ölkədə gedən dinamik inkişafı görməyə imkan verir.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Tags:  Associated Pressin vitse-prezidenti Azərbaycanda dinamik inkişaf var

RƏYLƏR


Top news