Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yadplanetlilər arasında yaşayan YEGANƏ İNSAN – FOTOLAR

Yadplanetlilər arasında yaşayan YEGANƏ İNSAN  – FOTOLAR

Tarix: 16 Noyabr 2016 13:13

NASA-nın Mars planetinə göndərdiyi “Curiosity” aparatı Yerə maraqlı fotolar göndərib.

Publika.az
xəbər verir ki, göndərilən fotolar arasında ən diqqət çəkəni insana bənzər məxluqların olmasıdır.

Marsda həyatın olmadığı üçün bu fotolar fikirləri qarışdırıb. Alimlər araşdırıblar ki, fotoda insana bənzər varlıq bədən quruluşuna oxşayan adi daş parçası da ola bilər. Lakin digər bir fotoda insan başının skeletinin görünməsi diqqət çəkir. Bunun yadplanetli ola biləcəyi ehtimal edilir. Ən maraqlısı isə insana bənzər məxluqla baş skeletinin bir-birindən fərqlənməsidir. Bu isə “Əgər Marsda hansısa canlı varlıqlar yaşayırsa, onlar bir-birindən fərqlənir” fikrini gündəmə gətirir.

Fotoların birində böyük insan üzü də qeydə alınıb. Bununla yanaşı, timsaha bənzər məxluqlar da görünür.

Asif










Teqlər:  Yadplanetlilər arasında yaşayan YEGANƏ İNSAN FOTOLAR



RƏYLƏR


Top xəbərlər