Son bir ayda qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

Son bir ayda qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb
13:17 16 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Son bir ayda Azərbaycanda keçirilmiş qanvermə aksiyasında 2 420 nəfər qan verib.
Bunu "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, bu say Bakı şəhəri və bölgələrdə qeydə alınıb: "Bu rəqəm Mərkəzi Qan Bankında qan verənlərin sayıdır. Qan verənlər arasında könüllülərlə yanaşı, xəstə yaxınları da var".
Z.Əlmirzeyeva qeyd edib ki, toplanan qan ən çox 40 gün saxlanıla bilər: "Ona görə də mövcud ehtiyat daim yenilənir. Hazırda Mərkəzi Qan Bankında 1000 vahid qan ehtiyatı var".
Qeyd edək ki, bu il oktyabrın 12-də Aşura günü keçirilən qanvermə aksiyasında ümumilikdə 4 141 nəfər iştirak edib və 1863,3 litr qan yığılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/son-bir-ayda-qanverme-aksiyasinda-istirak-edenlerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR