Azərbaycanda 7 mlrd. kubmetr qaz istehlak edilib

Azərbaycanda 7 mlrd. kubmetr qaz istehlak edilib
13:22 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 15,9 mlrd. kubmetr həcmində əmtəəlik təbii qaz ehtiyatları olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 87,8%-i hasilatın, 12,2%-i isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.
Belə ki, hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 13,96 mlrd. kubmetr, ilin əvvəlinə mövcud olan ehtiyatın həcmi isə 1,94 mlrd. kubmetr olub.
Təbii qaz ehtiyatlarının 42,9%-i ölkə daxilində istehlak edilib, 36,2%-i ixrac olunub, 3,3%-ni itkilər təşkil edib, 17,6%-i isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.
Bu ilin 9 ayı ərzində ölkə daxilində 6,8 mlrd. kubmetr qaz istehlak olunub, 5,8 mlrd.kubmetr qaz ixrac edilib, 0,5 mlrd. kubmetrini itkilər təşkil edib. Oktyabrın 1-nə isə 2,8 mlrd. kubmetr ehtiyat qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-7-mlrd-kubmetr-qaz-istehlak-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR