“Bulla-dəniz” yatağında quyu istismara verilib

“Bulla-dəniz” yatağında quyu istismara verilib
13:22 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ “Bulla-dəniz” yatağının şimal-şərq qanadında (II tektonik blok) yerləşən 122 nömrəli özüldən layihə dərinliyi 6 200 metr olan 125 nömrəli istismar quyusu istismara buraxılıb.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyuda qazma işlərinə ötən il iyulun 29-da başlanılıb, qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edillib. 
"Qazmaçıların faziləsiz və gərgin əməyinin nəticəsi olaraq qazma işləri 6 182 metr dərinliyə kimi aparılıb, layihə horizontu tam açılıb. Bu il noyabrın 3-nə hazır süzgəc (6 092-6 140 metr intervalında) istifadə etməklə 6 182-6 003,5 metr intervalına paker yığımlı “alt” istismar kəməri endirilib. Mənimsəmə işlərinə başlanılıb və 125 nömrəli istismar quyusu sutkalık 280 min kubmetr qaz və 80 ton kondensat hasilatı ilə N.Nərimanov adına NQÇİ-nin istismar fonduna təhvil verilib", - deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bulla-deniz-yataginda-quyu-istismara-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR