İran XİN: Azərbaycan viza rejiminin ləğvinə söz verməyib

İran XİN: Azərbaycan viza rejiminin ləğvinə söz verməyib
13:24 16 Noyabr 2016
117 Digər
Ölkə mətbuatı
A- A+

 

“Azərbaycan və İran arasında məhbusların mübadiləsi prosesi hissə-hissə davam etdirilir”.

 

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi deyib.

 

H. Qəşqavi bildirib ki, hazırda Azərbaycan və İran arasında əlaqələr yaxşı səviyyədədir və inkişaf etməkdədir. O xatırladıb ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli ləğv edib, İran vətəndaşları üçün viza rejiminin ləğvi məsələsi isə prezident Həsən Ruhaninin Bakıya son səfəri zamanı müzakirə olunub: “Azərbaycan tərəfi söz verib ki, İran vətəndaşları üçün viza ilə bağlı daha çox güzəştlər edəcək. Düzdür, viza rejiminin ləğvinə dair söz verməyiblər, lakin güzəştlər tətbiq olunarsa, viza rejiminin sadələşdirilməsi və məhbusların mübadiləsi iki ölkə arasında görülən ən önəmli işlər olacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR