Arda Turanın sevgi macəraları bitmir

Arda Turanın sevgi macəraları bitmir
13:31 16 Noyabr 2016
179 Şou
Ölkə mətbuatı
A- A+

Futbolçu Arda Turanın bir müddətdir sevgili olduğu Aslıhan Doğandan ayrılma xəbərləri yenidən gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, üç dəfə ayrılıq xəbəri çıxan və hər dəfəsində bunu inkar edən futbolçunun artıq yeni münasibətlərə başladığı da söylənilir.

Cütlüyün 20 gün əvvəl ayrıldığı iddia edilir. Buna səbəb isə Aslıhanın evlilik istəməsi, Ardanın isə karyerasını düşünməsi və sevgilisinə birgə fotolarını paylaşmağa qadağa qoymasıdır.

Bir neçə gün əvvəl model Didem Soydanla yaxınlaşdığı deyilən futbolçunun bu gün Ebru Şallı ilə səmimi mesajları yayılıb.

Didem açıqlama verərək "Həmin gecə Arda ilə eyni məkanda idik. Tanış olduq. Amma yazıldığı kimi olmadı. Aramızda iki dəqiqəlik söhbət oldu və yanımızda başqa adamlar da var idi" deyib.

Ebru Şallı da mesajlar haqda açıqlama verərək sosial şəbəkə hesablarının oğurlandığını, yayılan mesajlarda adların dəyişdirildiyini bildirib.

Türkiyə mediası daha əvvəl aktrisa Sinem Koballa sevgili olan və toylarına az qalmış ondan da ayrılan Arda Turanın sevgi məsələlərində qeyri-ciddi və qorxaq olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR