Quba sakini naməlum şəxs tərəfindən öldürülüb

Quba sakini naməlum şəxs tərəfindən öldürülüb
13:37 16 Noyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunda 37 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Barlı kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 37 yaşlı Ramiz Əhməd oğlu Məmmədov bıçaqlanıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Səyyaf Tağıyev "Report"a bildirib ki, əməliyyat olunan R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb: "Bu gün səhər saatlarında rayon sakini Ramiz Məmmədov yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub və əməliyyat edilib. Lakin əməliyyatdan sonra o, xəstəxanada ölüb". 

Quba Rayon Prokurorluğundan bildirilib ki, hazırda hadisə yerində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR