Klublar Komitəsinin sədri: "Əsasnamədə dəyişikliyin aparılmasını təklif etdik"

Klublar Komitəsinin sədri: "Əsasnamədə dəyişikliyin aparılmasını təklif etdik"
13:37 16 Noyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov  sədri olduğu AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...
 - İclasda hansı məsələlər müzakirə olundu? 
- Gündəlikdə bir neçə məsələlər vardı. Bu gün çox səmərəli bir yığıncaq oldu. 3-4 məsələdən danışdıq. Texniki departamendin nümayəndəsi Osman müəllim də iclasda iştirak edirdi. Bir məsələ vardı. Məşqçi kurları ilə bağlı. Klubların təklifi vardı ki, hər klubdan 2-3 nəfər A, B və C kateqoriyalı məşqçi kurlarında olsun. Bunu müzakirə etdik. İkinci məsələ uşaq futbolunda komandaların rəsmilərinin, məşqçilərinin hakimlərə qarşı problemlərinin olmasıdır. Məsələn, U-15, U-16-da oyunda, oyundan sonra hakimlərlə kobud davranmaqları düzgün deyil. Biz də bu məsələni müzakirə etdik. Mənə elə gəlir ki, bundan sonra belə hal təkrar olunmayacaq. Əsas məsələlərdən biri də meydança ilə bağlıdır. "Qarabağ", "Qəbələ" və digər klublar süni örtüklü meydançalarda, Gəncə şəhər stadionunda oynamağın qeyri-mümkün olduğunu bildirdilər. Elə hala gəlib ki, klub rəsmiləri gələn ildən bu cür örtüklərdə oynamaq istəmədiklərini bildirdi. Yazılı surətdə İcraiyyə Komitəsinə müraciət etdik ki, tez zamanda onlar səliqəyə düşsün. Bu gün komandanın əsası meydançadır. O olmasa oynamaq olmaz. Buna yüksək səviyyədə nəzarət lazımdır. 2-3 klubun meydançası dəyişdirilməlidir. Elitada əksər klubların meydançaları bu şəraitdədirsə, diviziondan gələnin meydançası necə olacaq? Rəsmi şəkildə İK-ya bu məsələni göndərdik. Hər bir klub nümayəndəsi də öz münasibətini bildirəcək.
- Bu iclas cari il üçün sonuncu idi? 
- Xeyr, bir də dekabrda olacaq. Həmin iclada seçkilər olacaq. Ya bir, ya da 2 iclasımız olacaq. Klublar Komitəsinin təklifi vardı ki, əsasnaməyə görə,1 komanda elitadan gedir, diviziondan 3 komanda gəlir. İclasda səsə qoyduq ki, bunu dəyişdirək və başqa cür edək. Hər bir klub da bunu qəbul etdi.
- Necə olmasını istəyirsiniz? 
- Aşağı dəstədə ilk 2 yeri tutanlar birbaşa Premyer Liqaya yüksəlsin. Amma 3-cü yeri tutan komanda ilə elitanın sonuncusu iki oyundan ibarət pley-off oynasın və qalib Premyer Liqada çıxış etsin.
- Yəqin ki, bu AZAL-ın sonuncu pillə ilə barışması ilə bağlıdır? 
- Xeyr. Bu gün o qədər də fərq yoxdur və AZAL klubu pis futbol oynamır. Bəli, sonuncu pillədəyik. Bu gün hər bir komanda, ən azından 3-4 komanda bununla razılaşa bilər. Ola bilsin ki, qışda 3-4 oyunçu ilə gücləşək. Bu təklif ümumidir. Sözün düzü Klublar Komitəsində hamı bununla razılaşdı. Əsas məsələ nədir? İnfrastruktur, lisenziyalaşdırma. Hər bir klub bunu keçə bilmir. Meyarlar var ki, onu hər bir klub edə bilmir. Məsələn, uşaq futbolu, maliyyə.. "Sumqayıt", bizim və digər klubların infrastrukturu var. Sabah diviziondan gələn klubun infrastrukturu necə olacaq, bilinmir.
- Bu, divizionda ilk 3-lüyü tutmuş komandalara haqsızlıq olmayacaq? 
- Xeyr. Əgər birinci, ikinci yerin sahibləri ilə pley-off oynanılsa, o zaman haqsızlıq olar. Onlar birbaşa elitaya çıxırlar.
- Məsələn, elə komanda var ki, hazırda 3-cü yerlə elitaya yüksələcəyini bilir. Amma mövsümün ortasında qərar dəyişir... 
- Premyer Liqada 8 klub oynayır. Bu gün Rusiya çempionatında da eyni sistemdir.
- Amma mövsümün əvvəlində olsa, daha yaxşı idi... 
- Təbii ki. Biz elə bildik ki, əvvəl 10 komanda olacaq. Sonra 8 komanda oldu. Əlbəttə 8 komandalı çempionatda bu mövcuddur. Amma 10 olsa, sözsüz ki, sonuncu yer diviziona getməli idi. Yenə deyirəm, mən bunu AZAL-a görə yox, Azərbaycan futboluna, meydançalara, infrastruktura görə deyirəm. Bu, reallıqdır. Əgər birinci, ikinci yer pley-off oynasa haqsızlıq olardı. Bu düzgün olmaz.
- AZAL-ın meydançası da yaxşı vəziyyətdə deyil və cari mövsümdə klublar şikayət eliyir. Dəyişiklik nəzərdə tutulub? 
- Olmalıdır. Biz bir neçə stadionu müzakirə etdik. AZAL-ın, "Zirə"nin, "İnter"in, "Kəpəz"in... "Qəbələ"nin iki oyunçusu bu meydançalarda zədələndi. Mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bir neçə yarışı "AZAL Arena"da olacaq. Ağır atletika və digərləri. Bununla bağlı bizim stadionumuzda dəyişiklik olacaq. Hətta mən təklif etmişdim ki, bu olmasa da stadionumuzda dəyişiklik olsun. Bu məsələnin üstündə durmalıyıq. Bu cür meydançalarda oynamaq qeyri-mümkündür. UEFA qarşısında öhdəliklərimiz düzgün gedir, iki klubumuz qrup mərhələsindədir, milli komandamız uğurla çıxış edir. Sabah AVRO-2020 gələndə bu cür meydançalar düz alınmır.
- Bir neçə aydır AZAL-da futbolçularının maaşları ödənilmir. Klubun ayaqda qalıb-qalmaması sual altındadır. Hətta xəbərlər dolaşır ki, Azərbaycan Hava Yolları kluba sponsorluqdan imtina edir... 
- Bu, düzgün məsələ deyil. Maaşlar vaxtında ödənilir. Ayın 1-i maaş verməliyiksə, 29-u veririk, 2-3 gün əvvəl. Klubun kiminsə balansına keçməsi, dəyişdirilməsi də gündəmdə deyil. Bir klub rəsmisi kimi bunu deyirəm. İki il əvvəl bütün strategiyamızı dəyişdik. Bu strategiya maaşa qədər davam edəcək. Dedik büdcəmiz budur və bu qədər maaş veririk. Futbolçularla da, məşqçi ilə də bunu danışdıq. Onlar da razılaşdılar. Məsələn, 500 manat, 800 manat, 50 manat, dedik baxın, budu. Onlar da razılaşıb qol çəkdilər.
- Bəs maydan necə olacaq? 
- Martda bu məsələ rəhbərliklə müzakirə olunacaq. Hər şey yaxşı olsa, Premyer Liqada qalsaq, gələn il üçün büdcənin artmasına da ümid var.
- 19 yaşlılardan ibarət komandanız son turda səfər getməyib və texniki məğlubiyyət alıb... 
- Bu, texniki - avtobusla bağlı olan məsələdir. Sabah nəsə problem olanda deyirlər pulla bağlıdır. Amma belə deyil. O, 400, 500, 600 manata görə düz olmaz.
- Son turda "Qəbələ" ilə oyunda Tərlan Əhmədov və Roman Qriqorçuk arasında qalmaqal yaşandı. Buna münasibətiniz necədir? Baş məşqçinizlə bu barədə danışdınız? 
- Biz Tərlan müəllimlə danışdıq, onunla münasibətlərimiz yaxşıdır. İnanırıq və ciddi insan kimi tanıyırıq. O ki, qaldı "Qəbələ" ilə oyunda baş verənlərə, həmin oyunda Fariz Nəcəfovla bir yerdə əyləşmişdik. Qriqorçuk bir az emosional idi. Tərlan müəllim də sakitləşdirməyə çalışırdı. Hər bir insanda emosionallıq olur. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Bu futboldur, hər bir şey olur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Gündən-günə daha yaxşı olacağıq" -

21 İyul 2017 02:36

Təbiət qoynunda gözəl villa - FOTO

21 İyul 2017 02:32

Gəncə şəhər sakini özünü yandırıb

21 İyul 2017 02:27

Lukaşenko Ukraynadadır

21 İyul 2017 02:24

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub

21 İyul 2017 02:22

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 02:02

"Hər bir komanda ilə oynamağa hazırıq" -

21 İyul 2017 01:56

Məşhur müğənni intihar etdi

21 İyul 2017 01:44

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb -

21 İyul 2017 01:35

Amerikanın problemlərini yandırdı - FOTO

21 İyul 2017 01:32

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyul 2017 01:29

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"

21 İyul 2017 01:27

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 01:17

Emili gözəlliyi ilə yenə hamını valeh etdi -

21 İyul 2017 01:15

On otaqlı evdə yanğın

21 İyul 2017 01:09

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

21 İyul 2017 00:57

50 yaşlı cazibədar aktrisanın alt paltarsız FOTOSESSİYASI

21 İyul 2017 00:53

"İnter"in biabırçı məğlubiyyəti - VİDEO

21 İyul 2017 00:47

"Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO

21 İyul 2017 00:47

Bakıda yaşayış binasında yanğın baş verib -

21 İyul 2017 00:47

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28

İran Küveytə nota verdi

21 İyul 2017 00:19

Astroloji proqnoz - 21 iyul

21 İyul 2017 00:13

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

21 İyul 2017 00:12

İki yaşlı uşaq yemişdən zəhərləndi

21 İyul 2017 00:09

Hamilə model çılpaq sessiyaya çəkildi - FOTO

21 İyul 2017 00:05

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"

21 İyul 2017 00:05

Tovuzda 2 yaşlı oğlan zəhərlənib

21 İyul 2017 00:05

Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin

21 İyul 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 50 dolları ötüb

21 İyul 2017 00:05

Məşhur müğənni intihar edib -

20 İyul 2017 23:55

Bronxoektatik formalı pnevmoniya

20 İyul 2017 23:52

Məşhur müğənni özünü asdı - FOTO

20 İyul 2017 23:48

Rəşad Sadıqov: "Zirə" son vuruşlarda dəqiq olsaydı, bəlkə də mərhələ adlayardı"

20 İyul 2017 23:47

Ayxan Abbasov: "Özümə söz vermişəm ki..."

20 İyul 2017 23:47

Əməlimiz harada ləngiyir ki, kamala aparmır?

20 İyul 2017 23:47

Oğlu "Porsche" ilə piyadanı tapdalayan rəis barədə araşdırma başladı - MAŞINI HANSI PULLA ALIB?

20 İyul 2017 23:42

Plevritin əmələ gəlmə səbəbləri

20 İyul 2017 23:42

Bakıda mübahisə güllələnmə ilə bitdi - VİDEO - FOTO

20 İyul 2017 23:37

"Astra"nın baş məşqçisi: "Zirə"nin futbolçuları simulyasiya edirdil"

20 İyul 2017 23:37

"10 ildə yığdığım bir gündə yandı" - Bərdə bazarında güclü yanğın - VİDEO - FOTO

20 İyul 2017 23:37

Bakının "İnter" klubu Avropa Liqası ilə vidalaşıb

20 İyul 2017 23:32

19 yaşlı Kayli erotik fotosessiyada - FOTO

20 İyul 2017 23:32

ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq -

20 İyul 2017 23:30

Gəncədə DƏHŞƏTLİ QƏZA: Ana öldü, 4 aylıq körpəsi...

20 İyul 2017 23:28

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

20 İyul 2017 23:27

“Hesabı bərabərləşdirəndən sonra belə hərəkətlər edirdilər” – Yordanesku

20 İyul 2017 23:27

"İnter" Avropa Liqasında mübarizəni dayandırdı

20 İyul 2017 23:24