Dünyanın nüfuzlu media qurumlarının rəhbərləri Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində çıxış ediblər

Dünyanın nüfuzlu media qurumlarının rəhbərləri Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində çıxış ediblər
13:42 16 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyevin konqresə göstərdiyi diqqətə görə, təşəkkür edirəm. Bütün üzv agentliklərin rəhbərlərinə də minnətdarlığımı bildirirəm. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gəlmişik". 
“Report”un xəbərinə görə, bu fikirləri Dünya Xəbər Agentliklərinin V Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində deyib. 
Onun sözlərinə görə, bundan sonra konqresə sədrliyi AZƏRTAC edəcək: “Agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək. İnanıram ki, bu media qurumu işin öhdəsində lazımca gələcək”.
OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov bildirib ki, Azərbaycan xeyli inkişaf edib: "Bu konqresin Azərbaycanda keçirilməsi ölkənin əhəmiyyətindən xəbər verir. Bu təşkilat dünyanın ən iri media təşkilatıdır. OANA bütün iştirakçılarla sıx işləyir. Düşünürəm ki, bundan sonra da əməkdaşlıq ediləcək, coğrafiya genişlənəcək, əməkdaşların sayı artacaq. İclaslarda bununla bağlı mühüm müzakirələr aparılacaq”.
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas Erikson qeyd edib ki, dünyada böhran baş verir, bunun üçün obyektiv informasiya çatıdırılması mühüm məsələdir: “Müasir dünyada insanların informasiya alması sürətlənib. Yeni biznes layihələri işlənilib, hazırlanmalıdır. Yəni bu istqamətdə fəaliyyət göstərməliyik”.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov göstərilən etimada görə üzv agentliklərinin rəhbərlərinə minnətdarlığımı bildirib: "Azərbaycan bu dövr ərzində xeyli inkişaf edib. Dünyaya multikulturalizmin Azərbaycan nümunəsi təqdim edilib. Ölkədə siyasi-iqtisadi sahədə islahatlar aparılıb, nailiyyətlər ələ edilib. Azərbaycan hazırda mühüm tədbirlərə ev sahibliyi edir". 
Onun sözlərinə görə, konqresdə dünyanın 80 ölkəsindən 90 xəbər agentliyi iştirak edir: "Dünyanın bütün istiqamətlərindən iştirakçılar var. Bu da tədbirin önəmindən xəbər verir. Multimedia, texnoloji innovasiyalar diqqət tələb edən məsələdir. Burada həm də əsas jurnalistin təhlükəsizliyidir. Ona görə də bu məsələlər həmişə diqqət mərkəzindədir”.
A.Aslanov dünya xəbər agentliklərinin əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.







Xəbərin orijinal ünvanı: https://report.az/media/dunyanin-nufuzlu-media-qurumlarinin-rehberleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR