Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məşhur müğənninin gizlətdiyi övladı var - FOTO

Məşhur müğənninin gizlətdiyi övladı var - FOTO

Date: 16 November 2016 13:42

Populyar amerikalı müğənni, 50 yaşlı Canet Cekson hamiləliyin son dönəmindədir.

Mərhum pop kralı Maykl Ceksonun bacısı Londonun Meyfeyr səmtindəki malikanədə yaşayır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, müğənni: "50 yaşımda hamilə qaldım, ilk övladımı dünyaya gətirəcəyəm", - deyir. Onun sözlərinin yalan olduğu iddia olunur.

Canet Ceksonun sabiq əri Ceyms Debarjın dediyinə görə, Canet Ceksonun böyük qızı var.

"Sirlərdən usandım. İnsanların bəzi mövzulardan danışmaqdan qorxmalarından yoruldum. Hesab edirəm ki, elə indi həqiqəti demək gərəkdir. Canetin böyük qızı var, amma o, qızı barədə danışmaq istəmir", - C.Debarj "Growing Up Hip Hop" teleşousunda deyib.

Canet Cekson olayla bağlı heç bir açıqlama verməyib. O, Ceyms Debarjla 1984-1985-ci illərdə nikahda olub.

Canet Ceksonun ilk övladının atasının kimliyi bilinmir.

Müğənni hazırda qətərli milyarder Visam əl Məna ilə evlidir.

Milli.Az










Tags:  Məşhur müğənninin gizlətdiyi övladı var FOTO

RƏYLƏR


Top news