Vidadi Zeynalov Əli Abbasovun və nazir müavininin məhkəmədə dindirilməsini tələb edib

Vidadi Zeynalov Əli Abbasovun və nazir müavininin məhkəmədə dindirilməsini tələb edib
13:52 16 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabiq nazir vuruğu ziyana görə milyonlarla manat və dollar ödəniş edib
Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdiriləcək.
“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Zeynalovun vəkili vəsatətlə çıxış edib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki ittiham aktında "Fərid" MMC və BLZ MMC-nin 4 milyon manatını mənimsəməkdə təqsirli bilindiyini deyib: "Həmin məbləğin cinayət işindən çıxarılmasını və Vidadi Zeynalovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik".
V.Zeynalovun digər vəkili Bəylər Məmişov da vəsatət qaldırıb. O, müvəkkilinin ailəsinin əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsini tələb edib. Vəkil həmçinin qeyd edib ki, rabitə və yüksək texnalogiyalar naziri Əli Abbasov və onun müavini İltimas Məmmədovun (hazırda rabitə və yüksək texnologiyalar nazirinin müavinidir) ibtidai istintaq zamanı şahid qismində dindirilib: "Həmin şəxslərin ifadələri ittiham aktında istinad olunub. Lakin nazir və onun müavininin adı hazırda şahidlər siyahısında qeyd edilməyib. Belə ki, Əli Abbasov tərəfindən ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 800 000 manat, 600 000 avro, 1 200 000 ABŞ dolları ödəniş aparılıb. Qeyd olunan məbləğin hansı səbəbdən ödənilməsi, Əli Abbasovun hazırkı cinayət işi üzrə özünü hansı ittihamla təqsirli bilərək vurulmuş hesab etdiyi maddi ziyanı ödəməsi, o cümlədən həmin şahidlərin ifadələrində göstərilən xüsusatlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarla bağlı əhəmiyyət kəsb edən halları əks etdirdiyindən, eyni zamanda onların ifadələrində təqsirləndirilən şəxslərin ünvanına ittihamedici xüsusatlar öz əksini tapdığı üçün tələb edirəm ki, hər iki şəxs məhkəmədə şahid qismində ifadə versinlər".
Daha sonra təqsirləndirilən şəxslər A.Mustafayev, Q.Bəybalayev, N.Məmmədov və C.Cəfərovun vəkilləri vəsatətlə çıxış ediblər. Onlar da hüquqlarını müdafiə etdikləri şəxslərin barələrində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini söyləyiblər.
A.Mustafayevin digəri vəkili vəsatət qaldıraraq, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.
Təqsirləndirilən şəxslər vəsatətlərə münasibət bildirərkən, vəkillərinin dedikləri ilə razı olduqlarını deyiblər.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"İstanbul Başakşehir"dən daha 2 transfer

22 İyul 2017 00:47

Xəzərdə zəlzələ oldu

22 İyul 2017 00:29

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 00:27

"Çelsi" yeni transferini təqdim etdi -

22 İyul 2017 00:27

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

22 İyul 2017 00:17

Bu gün Milli Mətbuat Günüdür

22 İyul 2017 00:09

Astroloji proqnoz - 22 iyul

22 İyul 2017 00:08

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO

22 İyul 2017 00:05

Sudan daha faydalı içkilər - SİYAHI

22 İyul 2017 00:05

Günün qoroskopu: seçdiyiniz yoldan sapmayın

22 İyul 2017 00:05

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 00:02

"Schalke" futbolçulara qeyri-adi cəza kəsəcək

21 İyul 2017 23:57

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO

21 İyul 2017 23:57

Qadının böyrəyini oğurladılar

21 İyul 2017 23:57

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - FOTO

21 İyul 2017 23:57

Fələstindən ŞOK QƏRAR:

21 İyul 2017 23:57

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

21 İyul 2017 23:44

"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"

21 İyul 2017 23:42

ABŞ-ın yanlış zərbəsi nəticəsində bir neçə əfqan hərbçi həlak olub

21 İyul 2017 23:37

Fələstin İsraillə bütün əlaqələri dondurub

21 İyul 2017 23:32

"Yuventus" Bonuççinin yerinə kimi gətirəcək?

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putin ilə görüşüb

21 İyul 2017 23:32

Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putinlə görüşüb -

21 İyul 2017 23:29

Göyçayda “VAZ” ağaca çırpıldı - 3 yaralı

21 İyul 2017 23:24

Telefonunuzu kimlərin izlədiyini öyrənin

21 İyul 2017 23:20

3D restoranda 300 dollarlıq yemək - FOTO

21 İyul 2017 23:17

Günəş şüaları altında qaralmağın yolları

21 İyul 2017 23:17

Qüdsdə iğtişaş: 3 ölü

21 İyul 2017 23:13

Hər çiməndə kisələnməyin: dəriyə zərərdir

21 İyul 2017 23:05

Türkiyədə növbəti dəfə zəlzələ baş verib

21 İyul 2017 22:58

2 aylığında saçları ilə fenomen olmuşdu, indi isə... - FOTO

21 İyul 2017 22:57

Çaylarda son durum

21 İyul 2017 22:53

İnsanlar nə qədər plastik tullantısı yaradır? - İNANILMAZ RƏQƏM

21 İyul 2017 22:52

Günəş ləkələrinə qarşı maska - EVDƏ HAZIRLAYIN

21 İyul 2017 22:52

Beyninizi məşq etdirmək üçün TEST

21 İyul 2017 22:47

Saçlarım niyə tökülür? - 5 BİLMƏDİYİNİZ SƏBƏB

21 İyul 2017 22:47

Ağ Evin yeni mətbuat katibi bəlli oldu

21 İyul 2017 22:44

Ağ Evin yeni mətbuat katibi müəyyənləşdi

21 İyul 2017 22:43

Məktəb avtobusunda dünyanı gəzən cütlük - FOTO

21 İyul 2017 22:32

Marsa səyahət planı təxirə düşdü -

21 İyul 2017 22:29

Yumurtanı qaynadandan sonra suyunu atmayın - FAYDALARI

21 İyul 2017 22:27

Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA

21 İyul 2017 22:27

Türkiyədə növbəti zəlzələ

21 İyul 2017 22:23

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

21 İyul 2017 22:22

Türkiyədə yenidən zəlzələ oldu

21 İyul 2017 22:19

Evtanaziya etmədilər, o da özünü öldürdü - FOTO

21 İyul 2017 22:17

Uşağınızın qız olmasını istəyirsinizsə, bunları yeyin - İNANILMAZ ÜSUL

21 İyul 2017 22:12

Donor əli olan ilk gənc - FOTO

21 İyul 2017 22:12

Bakı küçələrində qeyri-adi maşın - VİDEO

21 İyul 2017 22:05