Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Paytaxt”a giriş-çıxış qadağan edildi

“Paytaxt”a giriş-çıxış qadağan edildi

Date: 16 November 2016 13:53

İŞİD terror təşkilatının de-fakto paytaxtı hesab edilən Suriyanın Rakka şəhərinə giriş-çıxışlar qadağan edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda yerli mənbələr bildirib.

İŞİD rəhbərliyinin bu qadağası ABŞ-ın dəstəklədiyi güclərin şəhərin azad edilməsi üçün başladığı əməliyyatla bağlıdır. Terror təşkilatının rəhbərliyi həmçinin şəhərdəki internet kafelərinin çoxunu bağlayıb. İnternetə ciddi şəkildə nəzarət edən İŞİD yalnız özünün dərc etdiyi xəbərlərin yayılmasına icazə verir.

İnternet və peyk kanalları üzərində ciddi nəzarət olduğundan şəhərdə Rakka əməliyyatı haqqında məlumat almaq çətinləşib.

“İŞİD yalnız öz istədiyi şayiələrin yayılmasına icazə verir. Bunlar isə düşmənin çox itki verdiyi və Rakkaya girə bilməyəcəkləri ilə bağlıdır”, - mənbə deyib.

İŞİD-in itkiləri ilə bağlı danışanlar isə ölümlə cəzalandırıla bilər.

Qeyd edək ki, İŞİD 2013-cü ilin mart ayında şəhərdə nəzarəti tamamilə ələ keçirib. Noyabrın 6-da şəhərin azad edilməsi üçün “Fəratın qəzəbi” adlı genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Ömər Dağlı


Tags:  Paytaxta giriş-çıxış qadağan edildi

RƏYLƏR


Top news