Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Arda Turanın Ebruya yazdığı mesajlar yayıldı – GİZLİ EŞQ?

Arda Turanın Ebruya yazdığı mesajlar yayıldı – GİZLİ EŞQ?

Date: 16 November 2016 14:03

Türkiyə futbol yığmasının kapitanı Arda Turan ilə keçmiş model Ebru Şallı arasındakı sosial şəbəkə yazışmaları ortaya çıxıb.

Publika.az goal.com-a istinadən xəbər verir ki, Ebru İnstaqram və Tvitter hesablarının oğurlandığını elan etsə də, nə o, nə də Arda yazışmaların yalan olduğunu deməyib.

Hesabdan paylaşılan ikili arasında səmimi dialoqlar isə maraqla qarşılanıb. Arda Ebruya "Darıxdım. Hardasan? Səni görmək istəyirəm. Foto çək, at" mesajları yazıb. Modelin də səmimi cavabları hər kəsdə şübhə yaradıb.

Daha sonra E.Şallı açıqlama yayaraq "İnstaqram hesabım geri alındı, amma Tvitter hələ məndə deyil" yazıb. O, eyni zamanda Ardaya zarafatla mesaj yazaraq "Bu sevgilisi olan kişilər də məndən əl çəkmir" mesajı yayımlayıb.


Tags:  Arda Turanın Ebruya yazdığı mesajlar yayıldı GİZLİ EŞQ

RƏYLƏR


Top news