Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əsas odur ki, Azərbaycan yığmasına qalib gəlmişik"

"Əsas odur ki, Azərbaycan yığmasına qalib gəlmişik"

Date: 16 November 2016 14:05

"Xorvatiya ilə oyun bizim gələcəkdə hansı addımları atacağımıza kömək etdi. Futbolçularıma da dedim ki, bu nəticənin heç bir önəmi yoxdur".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi üzərində böyükhesablı (4:0) qələbə qazanan britaniyalılar dünən Xorvatiya ilə yoldaşlıq görüşündə eyni aqibətlə üzləşiblər - 0:3. Bununla da Şimali İrlandiya yığması 3 ildən sonra öz meydanında ilk yenilgisini alıb.
 
Qarşılaşmadan sonra yerli mətbuata danışan Onil məğlubiyyətə üzülmədiklərini söyləyib: "Yoldaşlıq görüşündə Xorvatiyaya uduzmaq məni narahat etmir. Ola bilsin ki, Xorvatiya önündə istədiyimiz oyunu göstərə bilmədik. Amma heç kim zədələnmədi, bir neçə yeni futbolçu qazandıq. Əsas heyətə düşməyə çalışan oyunçuların hazırkı durumunu gördük. Bunlar bizim üçün əlavə qazanc oldu. Rəqibin heyətində kifayət qədər ulduz futbolçular var. Gənc oyunçu dedikləri "İnter", "Napoli" kimi klubların formasını geyinir. Real yanaşsaq, Xorvatiyanın çox güclü komanda olduğunu deməliyik".
 
Təcrübəli mütəxəssis onlar üçün seçmə mərhələ oyunlarının daha vacib olduğunu vurğulayıb: "Əsas odur ki, bir neçə gün əvvəl seçmə mərhələdə Azərbaycan üzərində qələbə qazanmışıq. Gələn ilin mart ayında isə bizi Norveçlə böyük oyun gözləyir. Mövqeyimizi möhkəmləndirmək baxımından bu, 10 xallıq görüşdür".
 
Qeyd edək ki, Şimali İrlandiya yığması 4 turdan sonra 7 xalla C qrupunun 2-ci pilləsində qərarlaşıb.

Milli.Az


Tags:  Əsas odur Azərbaycan yığmasına qalib gəlmişik

RƏYLƏR


Top news