Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməkdar artist: "Ermənilər məni öldürmək istəyirdilər"

Əməkdar artist: "Ermənilər məni öldürmək istəyirdilər"

Date: 16 November 2016 14:05

"Dedim ki, Qarabağ bizimdir, mən burada öz mahnımı oxuyacağam. Bundan sonra dava düşdü, ölümlə üz-üzə qaldıq".

Əməkdar artist, xanəndə Babək Niftəliyev bir neçə il öncə Tiflis şəhərində keçirilən konsert zamanı ermənilərin ona qarşı törətdiyi təxribatdan söz açıb.

Milli.Az xəbər verir ki, xanəndə azvision.az-a bildirib ki, həmin vaxt ermənilər onu cəzalandırmaq istəyiblər: "Şahnaz Həşimova, Mətanət Əsədova, Şahnaz xanımın oğlu və digər müğənnilər konsert proqramı ilə bağlı Gürcüstana səfər etmişdik. Bizə dedilər ki, səhnədə ermənilər həddindən artıq çoxdur. Səhnənin yarıdan çoxu ermənilər idi. Mən beynimdə ayrı bir repertuar seçmişdim. Ermənilərin acığına "Sarı gəlin" mahnısını seçdim. Daha sonra "Qarabağ şikəstəsi"ni oxuyacaqdım. Dedilər ki, bunu oxuma, dava düşər. Mən qəbul etmədim, oxuyacağımı bildirdim. Şahnaz xanım oxuduqdan sonra səhnəyə çıxdım. "Sarı gəlin" mahnısını oxuyanda hiss elədim ki, səs rejissoru mənim səsimi yavaş-yavaş alır. İşarə etdim ki, səsimi ver, niyə alırsan ki? Gördüm ki, mənə fikri vermir. Birtəhər oxudum. "Qarabağ şikəstəsi"ni oxuyanda tamamilə səsimi aldılar. Məcbur qalıb avazla mikrofonsuz oxudum. Bu zaman işığı söndürməyə başladılar. Zal qaranlığa büründü. Bundan sonra aləm bir-birinə dəydi, dava düşdü. Məni və digər sənətçilərimizi ayrı çıxış qapısından uzaqlaşdırdılar. Ermənilər bizi öldürmək istəyirdilər. Həmin vaxt ölümlə üzbəüz qaldıq. Məni qınadılar ki, "Qarabağ şikəstəsi"ni oxumamalıydın. Dedim ki, Qarabağ bizimdir, öz mahnımı oxuyacağam. Biz artıq öyrəşmişik. Digər ölkələrdə konsert proqramı ilə çıxış edəndə bilirik ki, zalda ermənilər olacaq. Onların konsertlərimizə gəlməkdə məqsədləri odur ki, musiqimizdən, yeni mahnılarımızdan nəsə oğurlasınlar".

Milli.Az


Tags:  Əməkdar artist Ermənilər məni öldürmək istəyirdilər

RƏYLƏR


Top news